…Bu gün Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illik yaşı qeyd edildi… Ölkənin tanınmış media rəhbərləri və deputatlar… qəzetin yaradıcısı, yazıçı- siyasətçi, jurnalist… Yunus Oğuzu təbrik etdilər, o ki var təriflədilər… Mən də təbrik etdim, yəqin dediklərimiz ən azı “Olaylar”ın səhifələrində əks olunacaq… Bəli, bu tədbirdə hamı hər şeydən danışdı, MŞ sədri Rəşad Məcidin peşəkar rəhbərliyinin şahidi oldu. Amma şəxsən mənim də unutduğum bir məqam deyilmədi. Niyə? Deyim: tədbirdə mediadakı KİŞİLƏRDƏN VƏ KİŞİLİKdən danışılmadı! Və əyləşdiyim masanın düz qarşısında bir ahıl adam da oturmuşdu. İki saatlıq tədbirdə başını qaldırlb üzümə düz baxa bilmədi. Çünki 2009- da MŞ- ın əleyhimizə saxta məktubunu ABU rektoruna çatdırıb 5 min dollar almışdı… Mən bu məktubun təsiri ilə 2009-un aprelin 9- da- qəzetin ad günündə həbs edildim, amma 2 gün sonra Prezident İlham Əliyevin ədaləti ilə məhkəmədə bəraət alıb azadlığa çıxdım… Bu gün həmin adamın və o vaxt ona dəstək vermişlərin qulağı eşidəcək tonda Media Agentliyinin icraçı direktoru Natiq Məmmədli müstəqilliyimizin təxminın yaşıdı olan 4 qəzetin adı siyahısında fəxrlə “Təzadlar”ın da adını çəkdi… Tanınmış yazıçı Varisin “Təzadlar” barədə dediyi xoş sözlər də yadımdadır… Və bütün bu çıxışlara şərait yaradan dəyərli Rəşad Məcid oldu.
Sözümün canı var: kişilik üçün tapşırıq olmur, onu kişilər edir! Heç kimin xətrinə dıyməsin, mən o Kişiliyi 2009- da Rəçad Məciddə gördüm, Aydın Quliyevdə gördüm, rəhmətlik Əyyub Kərimovda, Azər Həsrətdə, Yunus Oğuzda gördüm, Elçin Mirzəbəylidə gördüm… Sayları çoxdur… Bu gün isə o kişiliyi Natiq Məmmədlidə, Varisdə, Reydə… gördüm! Unutmayın, biz təkcə görə- görə gəlmirik, həm də gələ- gələ və gedə- gedə görürük…
Asif MƏRZİLİ