Moskva vilayətində terror aktları hazırlayan və FTX xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilən əcnəbi tikinti dükanlarında satılan kimyəvi maddələrdən partlayıcı hazırlayıb.
Tezadlar.az xəbər verir ki, bu, Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin (İƏM) yaydığı videodan görünür.
Zərərsizləşdirilən terrorçunun evinə baxış zamanı alüminium tozu, ammonium nitrat, aseton və hidroperit aşkar edilib – bu kimyəvi maddələr əldəqayırma partlayıcı maddələrin tərkib hissəsidir. Kimyəvi maddələrə qarşı fərdi qoruyucu vasitələr də tapılıb.
Terrorçu partlayıcı maddələrin hazırlanması və bombaların işə salınması ilə bağlı təlimatları telefonla alıb. Videoda onun idarəçiləri ilə ərəb dilində yazışmaları və İslam Dövləti terror qruplaşmasının videoları əks olunub.
Bundan əvvəl bildirilmişdi ki, Moskva vilayətində Mərkəzi Asiya regionu ölkələrindən birinin əsilli, Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının üzvü olan Rusiya vətəndaşının terror fəaliyyətinin qarşısı alınıb. Terrorçu Moskva vilayətində yəhudilərin dini müəssisəsində və Moskva metro stansiyalarından birində əldəqayırma partlayıcı qurğuları işə salmaq niyyətində olub. Həbsi zamanı o, Rusiya FTX əməkdaşlarına silahlı müqavimət göstərib və nəticədə cavab atəşi ilə zərərsizləşdirilib.
ELBAR