Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Kiçik tutumlu ticarət obyektlərində COVİD pasportu tələb olunmur, iri ticarət müəssisələri və iaşə obyektləri ilə bağlı isə Nazirlər Kabinetinin qərarı var”.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə mütləq vaksinasiyadan keçməlidir: “Bu, həm vətəndaşın tibbi sağlamlığını, həm də vətəndaşı qanunu pozmadan qoruyur”.
DİN rəsmisi qeyd edib ki, metroda indiki vəziyyət sabitdir: “Orada vaksinasiya ilə bağlı hər hansı bir tələb yoxdur”.
E.ŞİRİNOV