“Meydan TV işi” çərçivəsində saxlanılan jurnalist Fatimə Mövlamlı barəsində 1 ay 9 gün həbs qətimkan tədbiri seçilib. Tezadlar.az bildirir ki, bu gün martın 1-də Xətai rayon Məhkəməsində keçirilən prosesdə belə qərar verilib. Jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham edilir.
Fatimə Mövlamlı fevralın 28-də saxlanılıb. Onun evində axtarış aparılıb, şəxsi əşyaları götürülüb.
Məhkəmədə jurnalistin evində axtarış aparılan zaman döşəyinin altından 13500 avro pul tapıldığı iddia edilib. Mövlamlı pulun ona aid olmadığını və axtarışa gələn polislərin özləri ilə gətirdiklərini bildirib.
Məhkəmə ittiham tərəfinin təqdimatını qəbul edib və Fatimə Mövlamlı barəsində 1 ay 9 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Beləliklə, “Meydan TV işi” üzrə həbs edilənlərin sayı 10-a çatıb.
İstintaq davam edir…