11 İyul 2021 / 15:01

MİNGƏÇEVİRDƏ MƏRKƏZİ BAZARIN QARŞISINDA QADIN KİŞİNİ BIÇAQLADI

Mingəçevirdə ticarət mərkəzinin önündə 52 yaşlı kişi bıçaqlanıb.

Hadisə Mərkəzi Bazarın qarşısında hər kəsin gözü qarşısında baş verib.

Tərtər rayonundan olduğu deyilən 52 yaşlı Fəxri Qasımov kürəyindən bıçaqlanaraq ağır xəsarət alıb. Onun bir qadın tərəfindən bıçaqlandığı bildirilir. Yaralı ağır durumda xəstəxanaya çatdırılaraq dərhal əməliyyata alınıb. Hadisənin hansı zəmində baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!