MİTİNQÇİLƏRİN TƏLƏBİ DƏYİŞMİR…

Oxunma sayı: 67

Hökumətin qərarına etiraz edən vətəndaşlar artıq 29-cu gündür ki, paytaxt Tbilisidə etiraz aksiyası keçirirlər.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Tbilisidə gün ərzində müxtəlif yerlərdə keçirilən etiraz yürüşləri Rustaveli prospektində birləşib. Hazırda yüzlərlə insanın iştirak etdiyi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Nümayişçilərin əsas tələbləri dəyişməz olaraq qalır – onlar aksiyalar zamanı həbs olunan şəxslərin azadlığa buraxılmasını və yeni seçkilərin təyin edilməsini tələb edirlər. Məlumat üçün bildirək ki, etirazlar hökumətin 28 noyabr tarixində Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 4 il müddətinə dayandırılması qərarından sonra başlayıb.

Baş nazir isə həmin qanuna ciddi dəyişiklik ediləcəyinə söz verib. Hələki bu vədə əməl edilmir…

A.Məmmədli

 

Xəbəri paylaş

21 Aprel