Əsas məzmuna keç

MİQRASİYA İDARƏSİNİN RƏİSİ ƏCNƏBİLƏRDƏN RÜŞVƏT ALDIĞINA GÖRƏ SAXLANILIB

Çelyabinskdə Traktorozavodski polis idarəsinin miqrasiya şöbəsinin rəisi saxlanılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə yanvarın 30-da Rusiya İstintaq Komitəsinin (RİK) regional idarəsi özünün Telegram kanalında məlumat yayıb.

İstintaqın məlumatına görə, polis əməkdaşı 2023-cü ilin martından 2025-ci ilin yanvarınadək xidməti səlahiyyətlərindən sui-istifadə edərək, hərbi qeydiyyatda olmayan Rusiya vətəndaşları haqqında məlumatları gizlətdiyi üçün mütəmadi olaraq vasitəçilər vasitəsilə rüşvət alıb. Ümumilikdə polis 500 min rubla yaxın pul alıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…