Əsas məzmuna keç

MMU-DA NATO-NUN PROQRAMI ÇƏRÇİVƏSİNDƏ İCMAL GÖRÜŞÜ KEÇİRİLİB

Bakıda NATO-nun Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində DEEP nümayəndə heyəti ilə illik icmal görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, görüşdə Milli Müdafiə Universitetində (MMU) təhsil sisteminin inkişafı və ötən ilki təcrübələrin mübadiləsi, həmçinin cari ilin 7-10 oktyabr tarixlərində universitetin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq elmi konfrans mövzuları müzakirə olunub.

Milli Müdafiə Universitetinin tabeliyində olan təhsil müəssisələrində keçirilən görüşlərdə yerli və xarici təhsil ekspertləri, universitet nümayəndələri iştirak ediblər.

Nümayəndə heyəti Milli Müdafiə Universitetində təhsil sahəsində həyata keçirilən yenilikləri yüksək qiymətləndirib və gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıb.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…