Əsas məzmuna keç

UKRAYNANIN İNFRASTRUKTURUNA YENİ ZƏRBƏLƏR ENDİRİLİB

Rusiya Silahlı Qüvvələri (SQ) yenidən Ukrayna Silahlı Qüvvələrinin (USQ) komanda məntəqələrinə və ölkənin enerji infrastrukturuna zərbələr endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov gündəlik brifinq zamanı jurnalistlərə bildirib.

Konaşenkovun sözlərinə görə, zərbələr yüksək dəqiqlikli havadan buraxılan silahlarla endirilib.

“Gün ərzində Silahlı Qüvvələr uzaqmənzilli dəqiq silahlarla zərbələri davam etdirdi. Bütün təyin olunmuş obyektlərə zərbələr endirilib”, – deyə o bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…