Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranda dini lider Möctəba Xameneyinin yaralı olması barədə informasiyalar çoxalmaqdadır… Araşdırmaçı jurnalist Vüsal Məmmədov özünün sosial media hesabında yazır: “…İranlı jurnalist, dövlət televiziyasının keçmiş aparıcısı Ehsan Kərami yazır ki, Möctəba Xameneyi hazırda Sina xəstəxanasında süni tənəffüs aparatına qoşulmuş vəziyyətdədir. Onun heç nədən xəbəri yoxdur – nə ailəsinin öldüyündən, nə də özünün ayətullah seçildiyindən. Möctəba qarnından və ayağından əməliyyat olunub. Prezident Peşezkian onu əməliyat edən həkimlə görüşüb və vəziyyətdən xəbərdardır. Sina xəstəxanasında yüksək məxfilik rejimi hökm sürür”.
