Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Deyəsən, dünya indi də birləşməyə doğru gedir… Tezadlar.az xatırladır ki, Moldovanın prezidenti Maya Sandu ölkəsinin Rumıniya ilə birləşməsi ideyasını dəstəklədiyini açıqlayıb. O, bu barədə “The Rest Is Politics” agentliyinə müsahibəsi zamanı qeyd edib. Maya Sandu bildirib ki, bu məsələ ilə bağlı referendum keçiriləcəyi təqdirdə, Rumıniya ilə birləşmənin lehinə səs verəcək.
Prezidentin sözlərinə görə, Moldovanın müstəqil şəkildə mövcudluğunu qoruması getdikcə daha çətinləşir: “Moldovanın ətrafında və dünyada baş verənlərə baxsaq görərik ki, Moldova kimi kiçik bir ölkə üçün demokratik və suveren dövlət kimi yaşamaq, eyni zamanda Rusiyaya qarşı müqavimət göstərmək getdikcə daha çətin olur”, – deyə Maya Sandu vurğulayıb.
Qeyd edək ki, Moldova 1918–1940-cı illərdə Rumıniyanın tərkibində olub, SSRİ hökuməti Moldovanı ayırararq SSRİ tərkibinə qatıb.
A.Məmmədli