Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moskva meri Sergey Sobyanin Moskva bölgəsinin 250 pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəfə alındığını, bunlardan 28-nin bölgə üzərində vurulduğunu açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Sobyanin bu açıqlamanı sosial media hesabında edib.
O, çoxsaylı PUA-ların Moskva bölgəsini hədəf aldığını bildirərək deyib: “Dünən axşam saat 8:30-dan bu gün səhər saat 7:30-a qədər 250 PUA Moskva bölgəsinə doğru uçub. Onların bir çoxu bölgəyə çatmadan məhv edilib. Bölgə üzərində 28 PUA zərərsizləşdirilib”.
Sobyanin əlavə edib ki, təcili yardım qrupları vurulan PUA-ların qalıqlarının düşdüyü yerlərdə işlərini davam etdirir.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur ki, gecə ərzində Moskva da daxil olmaqla müxtəlif bölgələr üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən 726 Ukrayna PUA-sı zərərsizləşdirilib.
ELBAR