Azərbaycana məxsis sərnişin təyyarəsinə Rusiya ərazisində raket zərbəsi ilə vurulması, çoxsaylı mülki şəxslərin həlak olmasının ardlnca Moskvanın bütün hava limanlarında “Xalça” planı tətbiq edilib.
Tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb. Məlumata görə, məhdudiyyətlər Ukrayna tərəfindən PUA hücumu təhlükəsi səbəbindən tətbiq edilib. Hazırda Moskvanın bütün hava limanlarında təyyarələrin uçuşu və qəbuluna icazə verilmir. Açıqlamaya görə, “uçuşların təhlükəsizliyini təmin etmək üçün” Moskvada və yaxınlıqdakı 5 hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, Bayden dünəndən Ukraynaya lazım olan bütün hərbi sursatların verilməsi barədə göstəriş verib. Bu qərar Rusiyanın son bir neçə gün ərzində Ukrayna ərazilərinə ardıcıl olaraq raket zərbələri endirilməsinə cavab kimidir…
A.Məmmədli