Əsas məzmuna keç

Moskvanın hava məkanı 3 gündür bağlandı: 370-dən çox uçuş təxirə salındı

Moskvanın hava məkanı artıq üçüncü gündür ki, bağlanıb. Tezadlar.az xəbər verir ki, ötən gecə Ukraynanın dron hücumlarına görə tətbiq olunan məhdudiyyətlər səbəbindən Moskva hava limanlarında 370-dən çox uçuş təxirə salınıb və ləğv edilib.

“Vnukovo” aeroportunda 62 reys təxirə salınıb, 39-u isə ləğv edilib. “Domodedovo”da 23 reys gecikib, 8-i ləğv edilib.

Ən çox problem Şeremetyevo hava limanında yaşanıb. Belə ki, Moskvanın şimalında yerləşən bu aeroportda 104 reys təxirə salınıb, 135 reys isə ləğv edilib.

Təyyarələr alternativ aerodromlara yönləndirilib.

Moskva meri Sergey Sobyanin bildirib ki, ötən gecə hava hücumundan müdafiə sistemləri paytaxta yaxınlaşan 144 Ukrayna dronunu vurub. Mer oktyabrın 10-dan 17-dək bir ərzində Ukraynanın Moskva istiqamətində 2730 dron buraxdığını, 534 dronun Moskva səmasında vurulduğunu açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi ötən gecə ərzində Rusiya Federasiyasının regionları üzərində 640 Ukrayna dronunun zərərsizləşdirilməsi ilə bağlı məlumat yayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…