Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sabah Bakıda Türkiyə istehsalı olan “Muamma-Cenin-i-Cin” filminin Qala gecəsi keçiriləcək.
Bu barədə Tezadlar.az–a filmin baş rol qəhrəmanlarından biri – tanınmış aktrisa Sebahat xanım Adalar məlumat verib.

Aktrisa bildirib ki, fevralın 17-də “Alov qüllələri”nin (“Flame Towers”) kino pavilyonunda “Muamma-Cenin-i-Cin” filminin Qala gecəsi keçiriləcək.
Qeyd edək ki, filmin Azərbaycan üzrə baş kordinatoru Yalçın Çobandır.
Rejissoru Bülent Terzioğlu olan filmdə Sebahat Adalar, Özcan Varaylı, Elif Baysal, Gürkan Erduvan, Emre Coşkun, Cengizhan Başak və digər aktyorlar rol alıblar.
Filmdə bir ailənin başına gələn qeyri-adi hadisələrdən bəhs edir: Sakit bir kənddə yaşayan Bayram, həyat yoldaşı Gül və oğulları Ali, evlərində başlayan qorxunc paranormal hadisələrlə üzləşirlər. Hadisələrin kökü Bayramın gəncliyində etdiyi ağır günaha və illər sonra intiqam üçün geri qayıdan Hacerin qara sehrinə dayanır. Qadağan olunmuş ritual ailəni tədricən məhv edir və geri dönüşü olmayan faciələrə səbəb olur. Keçmişlə üzləşən Ali bu lənəti dayandırmaq üçün qorxularının üzərinə getməli olur. Film günah, intiqam və qurtuluş mövzularını mistik qorxu atmosferində birləşdirir.
https://www.youtube.com/watch?v=6gmpfcvwvjg
Y.Məmmədli