Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyul 2026 / 15:18

Müğənni AZAL-a sitəm etdi: Hər dəfə başımızı yerə soxursunuz…

Müğənni Elnur Hüseynov AZAL-dan şikayətlənib.

Sənətçi bununla bağlı sosial şəbəkə hesabında videoaçıqlama yayımlayıb. O, ev heyvanını Azərbaycana gətirə bilmədiyini bildirərək aviaşirkəti məsuliyyətsizlikdə ittiham edib.

Elnurun sözlərinə görə, 30 kiloqram çəkisi olan iti baqaj bölməsində daşınmalı idi. Lakin təyyarə dəyişdirildiyi və yeni təyyarədə heyvanların daşınması üçün nəzərdə tutulan havalandırma sisteminin olmadığı bildirilib:

“Mənə əvvəlcədən heç bir xəbərdarlıq edilməyib. Təyyarəni dəyişiblər, deyirlər havalandırma sistemi yoxdur. Hər təyyarədə bu olmalıdır. Eyni zamanda heç nə etmirlər və səhvi düzəltmirlər. Azərbaycana gələ bilmirəm. Belə iş olar? Ayıbdır. Nə sərnişinlərə, nə də bilet yoxlayan türk əməkdaşlarına təyyarənin dəyişdirilməsi və gecikmə ilə bağlı məlumat verilib. Onlar da bu vəziyyətə təəccübləniblər.

Beşulduzlu hava şirkəti belə işləməməlidir. Niyə hər dəfə başqa ölkələrin yanında biabır olmalıyıq? 21-ci əsrdir, maşınlar uçur, amma təyyarədə havalandırma sistemi işləmir. Bu, biabırçılıqdır, hər dəfə başımızı yerə soxursunuz. İzmirdə hava limanında çalışanlar da deyir ki, siz haqlısınız, bizim məlumatımız yoxdur”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!