20 Mart 2026 / 19:51

Müğənni Nuran fotoqraflardan gileyləndi: “Kameranı aşağı salırlar”

Müğənni Nuran bəzi məclislərdə üzləşdiyi xoşagəlməz vəziyyətlə bağlı maraqlı açıqlamalar verib. O, bəzi tanınmış fotoqrafların ona qarşı qərəzli davrandığını iddia edib.

Tezadlar.az-ın məlumatına görə, sənətçi bu barədə Elnarə Bəkirovanın “İdeyadan uğura” layihəsində danışıb. Nuran bildirib ki, keçmişdə özü də fotoqraf olmasına baxmayaraq, bəzi həmkarlarının davranışını anlamaqda çətinlik çəkir.

“Mən məclisə daxil olanda bəzi tanınmış fotoqraflar kameranı aşağı salırlar. Səbəbini bilmirəm ki, niyə belədir? Bu, mənə təsir etmir, amma məclis sahibinə hörmətsizlikdir. Sənin vəzifə borcundur, çəkməlisən. İki-üç fotoqraf var ki, hər dəfə bunu edirlər.”

“Bəzilərini bloka atmışam”

Sənətçi qeyd edib ki, həmin şəxslər gündəlik həyatda salamlaşdığı insanlardır. O, bu cür davranışları qeyri-peşəkarlıq hesab etdiyini vurğulayıb:

Peşəkarlıq etikası: “Bir məclisə gediriksə, orada hamımız işçiyik. Kimisə çəkməmək, artistə hörmətsizlik etmək peşəkarlıq deyil.”

Görülən tədbirlər: “Mənə səbəbini yazmasınlar, artıq bəzilərini bloka atmışam. Belə şeyi sevmirəm.”

Müğənninin sözlərinə görə, bu məsələni ehtiyacı olduğu üçün deyil, sadəcə prinsipial yanaşma və işə hörmət baxımından gündəmə gətirir.

Səbinə Bağırova

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!