Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 May 2026 / 08:40

MURDAR NÜMUNƏ YOLUXUCU OLUR…

(Qısa qeydlər” silsiləsindən)
Xalqın başını qatmaq, yağan yağışlar və qalxan qiymətlər problemindən uzaqlaşdırmaq sahəsində deputat Günay Ağamalı gül vurub. Mətbuata verdiyi müsahibəsində uşaqpulu verilməsinin əleyhinə çıxıb, bəyan edib ki, Azərbaycanda uşaqpulu verilsə faciə olar, kişilər tənbəlləşər, işə getməz və iqtisadiyyat batar…
Xanım deputatın bəyanatı yalnız gülməli deyil, həm də ağlamalıdır, zira uşaq pulu verməməyin ziyanı verməyin ziyanından yüz dəfə çoxdur. Amma xanım məqsədinə çatıb, bir həftədən çoxdur ki, Azərbaycanda məmə yeyəndən pəpə yeyənə kimi, hamı işini-gücünü buraxıb, dodaqlarını çırmalayıb, deputata cavab verməyə başlayıb. Sizi bilmirəm, amma mənə elə gəlir ki, deputatın xidməti layiqincə qiymətləndirəcək və ona babat bir mükafat, bəlkə də vəzifə veriləcək…
Deyirəm, xanım həm də mərhum Fəzail Ağamalıya, sözün əsl mənasında, rəhmət oxutdurur. Ata Ağamalı qızına baxanda əməlli-başlı xalq adamı idi. Həmişə olmasa da, sifariş olanda xalqın problemlərini dilə gətirirdi, Quska kimi xalq düşmənlərini türməyə göndərirdi.
Mənim yadıma gəlmir ki, Ağamalı bir dəfə uşaq pulunun, ya müəllimlərin, həkimlərin maaşının əleyhinə çıxsın.
Amma xanım deputatın uğurları bir çoxlarını qıcıqlandırır. Axı, bu sözü onlar desəydilər, gündəmə gələ, mükafat ala, ən azı gələn seçkilərdə deputat ola bilərdilər.

seide bekirqizi

Bu sahədə özünü jurnalist elan edən Səidə Bəkir qızı irəlidə gedir. Bilmirəm, xanımın 5-3 samballı yazısı varmı, amma skandallı bəyanatları onlarladır. Adam guya Günay Ağamalını müdafiə edir, deyir “uşaqpulu istəyənlər kişi deyillər, fahişə arvadlardan pisdirlər. Məsələn, mənim atam, qardaşım, həyat yoldaşım uşaqpulu istəmirlər”. Deməli, onlar kişidirlər, həmin arvadlardan yaxşıdırlar?!

Düşünürəm ki, qara qızın dərdi var, xanım jurnalist demək istəyir ki, mən də varam, uşaqpulu istəyənləri deputatdan bərk qaparam, camaatın da başını bir həftə nədir, bir ay qataram. Vəzifəni mənə verin, məni irəli çəkin. Günay Ağamalı onsuz da deputatdır, heç nəyə ehtiyacı yoxdur, ayda 7 min manat maaş alır…
Bəli, bəli, murdar nümunə yoluxucu olur…
Qalib ARİF
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!