Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Tezadlar.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 avqust 2026-cı il







