Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Daha fərqli metodla — narkotik daşıyan PUA müəyyən olunaraq havadan polis əməkdaşları tərəfindən düşürülüb. Tezadlar.az bildirir ki, Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb. Məlum olur ki, Astara rayonun Səncərədi kəndi ərazisində PUA-ya bərkidilən bağlamadan 10 kiloqram marixuana aşkarlanaraq götürülüb. Araşdırma aparılır.
Bəs bu tip puaların istifadəsinə necə icazə verilir? Adətən toylarda və bəzi çəkilişlərdə dronlara lisenziya əsasında istifadəsinə icazə verilir. Və onların üzərində zavod nömrəsi olur. Təbbi ki, aidiyyəti qurumlar onun kimə məxsus olduğunu müəyyən edə biləcək.
A.Məmmədli