Əsas məzmuna keç

NATO rəsmisi Azərbaycan və Ermənistan nümayəndələri ilə görüşdü

NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruge Azərbaycanın və Ermənistanın alyansdakı nümayəndələri ilə görüşüb.

Tezadlar.az xəbər verir ki, bu barədə B.Ruge “X”də yazıb.

Bildirilib ki, tərəflər Azərbaycan və Ermənistan arasında avqustun 8-də Vaşinqtonda əldə olunan razılıqları müzakirə ediblər.

“NATO adından Ermənistan və Azərbaycan səfirlərini ABŞ hökumətinin Vaşinqtonda təşkil etdiyi tarixi görüş münasibətilə təbrik etdim.
NATO bu irəliləyişi alqışlayır və tərəfdaşlığımızı qurmaq və regional təhlükəsizliyi təşviq etmək üçün həm Ermənistan, həm də Azərbaycanla yaxından işləməyə davam edəcək”, – o bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…