Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Brüsseldə keçiriləcək sammitdə ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlarla bağlı iqtisadi problemləri müzakirə etməyəcək, əsas diqqəti Rusiyadan gələn təhdidlərə yönəldəcək.
Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.
“Biz ərazimizin Rusiyadan qorunmasını və uzunmüddətli təhdidləri müzakirə edirik”, – deyə baş katib jurnalistlərin ABŞ-ın Aİ-dən idxala rüsum tətbiq etməsini şərh etmək xahişinə cavab verib.
ELBAR







