Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Naxçıvan şəhərində 40-dan çox işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib.
Tezadlar.az ın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Naxçıvan şəhərində əmək yarmarkası təşkil olunub.
Yarmarkada 40-dan çox özəl və dövlət müəssisəsindən ümumilikdə 200-ə yaxın vakansiya işsiz və işaxtaran vətəndaşlara təqdim olunub.
Vakansiyalar üzrə müraciət edən şəxslərin işlə təmin olunması istiqamətində tədbirlər görülməyə başlanıb.
Bundan əlavə, tədbir zamanı işsiz və işaxtaran şəxslər Agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə məlumat alıblar.