Əsas məzmuna keç

NAXÇIVANDA ŞƏHİD ƏLƏSGƏR ƏSGƏROV VƏ VAQİF RƏCƏBOVUN MƏZARI ZİYARƏT EDİLİB

Naxçıvan MR Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların rəhbər heyəti  Antiterror əməliyyatının ildönümü ilə əlaqədar  şəhid Ələsgər Əsgərovun və Vaqif Rəcəbovun  məzarını ziyarət edib.

Tezadlar.az xəbər verir ki, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəhidlərimizin məzarı üzərinə əklil qoyulub xatirələri dərin hörmət və ehtiramla yad edilib.

Tədbirdə Naxçıvan MR Daxili İşlər Nazirliyinin rəhbər heyəti  ilə yanaşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların  rəhbər vəzifəli  şəxsləri, ictimaiyyət nümayəndələri və hökümət rəsmiləri də iştirak edib.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

R.XUDATQIZI

din-nax-21-2

din-nax-21

din-nax-21-3

din-nax-21-4

 

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…