Əsas məzmuna keç

Nazir Adil Kərimli Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Mədəniyyət naziri Adil Kərimli avqustun 27-də, saat 10:00 da Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında vətəndaşların müraciətlərini dinləyəcək.

Nazirlikdən Tezadlar.az-a bildirilib ki, görüşdə Laçın, Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar avqustun 21-dək nazirliyin elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…