Nepalın Çinlə sərhədi yaxınlığındakı Rasuva bölgəsində və ətraf ərazilərdə bir su elektrik tunelində qalmış iki işçi daşqınlardan doqquz gün sonra xilas edilib.
Tezadlar.az xəbər verir ki, Nepal Parlamentinin üzvü Şri Ram Neupane sosial mediada daşqından zərər çəkmiş ərazidəki su elektrik tunelində aparılan axtarış-xilasetmə işləri ilə bağlı məlumat paylaşıb.
Neupane 26 avqustdan bəri tuneldə qalmış iki işçinin xilas edildiyini açıqlayıb.
Yerli medianın verdiyi məlumata görə, işçilər müşahidə üçün xəstəxanaya aparılıblar.
Nepalın rabitə naziri Bikram Timilsina səlahiyyətlilərin tuneldən daha çox işçinin xilas ediləcəyinə inandığını bildirib.
Müstəqil Elektrik İstehsalçıları Assosiasiyasının məlumatına görə, işçilərin xilas edildiyi Trishuli 3A Su Elektrik Stansiyası Layihəsinin bir hissəsi olan tuneldə 115 işçinin qaldığı təxmin edilir.
Nepalın Rasuva bölgəsində 26 avqustda baş verən daşqınlar nəticəsində onlarla körpü dağılıb və yollar zədələnib, axtarış-xilasetmə əməliyyatları üçün helikopterlər cəlb edilib.
Bu günə qədər daşqınlarda 1254 nəfər həyatını itirib və 4000-dən çox itkin düşmüş insan üçün axtarış-xilasetmə işləri davam edir.
ELBAR







