Əsas məzmuna keç

Netanyahu BMT tribunasından viktorina keçirdi

İsrailin Baş naziri Binyamin Netanyahu Nyu-Yorkda BMT-nin Baş Assambleyasının tribunasından çıxış edərkən viktorina keçirib.

“Təzadlar”ın verdiyi məlumata görə, o, zalda qalanlara “ABŞ-yə ölüm” deyə kim qışqırır?” sualı yazılmış lövhələr göstərib.

İsrailin Baş naziri özü beş cavab təklif edib: “İran”, “HƏMAS”, “Hizbullah”, “Husilər” və “Yuxarıda göstərilənlərin hamısı”. Sonra özü cavabı əlavə edib: “Yuxarıda göstərilənlərin hamısı. Düzdür”.

Qeyd edək ki, bir çox iştirakçı Netanyahunu BMT Baş Assambleyasının sessiyasında fitə basıblar və İsrailin Yaxın Şərqdəki fəaliyyətlərinə etiraz olaraq zalı tərk ediblər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…