28 Fevral 2026 / 19:59

Netanyahu Trampla danışdı: nələr müzakirə edildi?

Az əvvəl ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olduğu bildirilir. Tezadlar.az CNN-nin canlı efirinə istinadla bildirir ki, tərəflər regional vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Danışığın detalları açıqlanmayıb. Amma CNN müxbirləri bildirdilər ki, İrana zərbələrin hansı istiqamətləri əhatə etməsi barədə müzakirələrin olduğu şübhə doğurmur. CNN onu da əlavə etdi ki, bu gecə hərbi əməliyyatın başa çatdırılacağı şübhə doğurmur. Çünki İranda yerli əhali də ayaq üstədir və rejimin dəyişməsini dəstəkləyir…

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!