İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ prezidentinin elçisi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşüb.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” İsrail baş nazirinin ofisinə istinadən məlumat yayıb.
Görüş İclas Nazirlər Kabinetinin iclası ilə paralel keçirilir. Görüşün ardınca israilli nazirlərin Qəzza zolağı sülh sazişini təsdiqləyəcəyi gözlənilir.
Bundan əvvəl Tramp İsrail və HƏMAS-ın Amerika liderinin təklif etdiyi sülh planının “birinci mərhələsini imzaladığını” açıqlamışdı. Onun sözlərinə görə, bu mərhələ israilli girovların azad edilməsini və İsrail qoşunlarının razılaşdırılmış xəttə çıxarılmasını əhatə etməlidir. Oktyabrın 12-də Tramp İsrail və HƏMAS arasında müqaviləni rəsmi imzalamaq üçün Misirə getməyi planlaşdırır.
E.ŞİRİNOV

