5 May 2026 / 16:44

Nigar Köçərli: “Liv Bona Dea”dakı kamera görüntülərinin silindiyi deyildi, əvəzində…

Bu gün Liv Bona Dea klinikasının mənə qarşı qarşı 222395 AZN məbləğində təzminat iddiası üzrə məhkəmə prosesinin növbəti hazırlıq iclası keçirildi.
Dəfələrlə müraciət etməyimizə baxmayaraq, qarşı tərəf əməliyyatxanada və ayılma otağında baş verənlərlə bağlı heç bir video görüntü təqdim etmədi.
Bu barədə Nigar Köçərli özü sosial media hesabında məlumat paylaşıb.
“Bildirildi ki, həmin görüntülər 3 ay keçdiyi üçün silinib. Halbuki biz bu videoları ilk dəfə fevralın əvvəlində tələb etmiş və sonrakı hər məhkəmə iclasında da bu tələbi təkrarlamışıq. Əvəzində, yalnız koridor və lift qarşısına aid olan qısa video epizodlar və bir neçə fotoşəkil təqdim edilib ki, bunlar da işin mahiyyəti ilə bağlı heç bir aydınlıq gətirmir.
Əsas və narahatedici suallar isə yenə cavabsız qalır:
anesteziya niyə gec verildi, tibb personalının kobud rəftarının səbəbi nə idi?
Məhkəmə araşdırması davam edir. Biz məhkəmənin ədalətli qərar verəcəyinə inanırıq. Növbəti məhkəmə iclası mayın 20-də keçiriləcək”, – deyə Nigar Köçərli qeyd edib.
Xəbər verdiyimiz kimi, 05.05.2026-cı il tarixdə, saat 10:00-da Nəsimi Rayon Məhkəməsində Liv Bona Dea Hospitalı tərəfindən “Əli və Nino” kitab mağazalar şəbəkəsinin qurucusu Nigar Köçərliyə  qarşı 222395 AZN təzminat tələbi ilə qaldırılmış iddia ərizəsinə baxılacaqdı.
Xatırladaq ki, yanvarın 14-də Nigar Köçərli “Liv Bona Dea” Hospitalında planlı əməliyyat olunub. O, daha sonra hospitalda başına gələnləri sosial şəbəkə hesabında ictimailəşdirib.  Köçərli əməliyyat zamanı və sonradan ona göstərilən diqqətsizlikdən, laqeydlikdən, ağrıları ilə bağlı müraciətlərinə etinasızlıqdan, başına gələnlərlə bağlı ailəsinin məlumatlandırılmamasından , tibbi personalın öz işini vicdanla yerinə yetirməməsindən narazılıq edib. Baş verənlərlə bağlı Nigar Köçərlinin həyat yoldaşı “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da sosial media hesabında fikirlərini bölüşüb.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!