Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Nizami Gəncəvinin məzarını açan şəxs arxeoloq İshaq Cəfərzadə. O, şairin nəşinin Gəncədəki məqrəbədə dəfn edilməsinə başçılıq edib. Tanınmış Azərbaycan arxeoloqu və etnoqrafı, tarix elmləri namizədi İshaq Cəfərzadə ilk elmi axtarışlarına Gəncədə başlayıb. O, böyük mütəfəkkir, şair Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar təşkil olunmuş qazıntı işlərinə başçılıq edib. Bu elmi fəaliyyətin nəticəsində qədim Gəncənin yeri dəqiq müəyyənləşdirilmiş, qala divarları, yaşayış yerləri, sənətkar məhəllələri, müxtəlif məişət tikililəri aşkar edilmiş, çoxlu sayda maddi mədəniyyət nümunələri tapılmışdır…Görkəmli tədqiqatçısı-alim İshaq Cəfərzadə Qobustanı dünyaya tanıdıb. O, 1947-ci ildən başlayaraq 20 il boyunca Qobustanda arxeoloji tədqiqatlar aparıb. 730 daş üstündə 5300-dən çox təsviri qeydə alıb. Həyat yoldaşı rəssam Səfiyyə xanım təsvirləri bir-bir kağıza köçürüb. 5300-dən çox təsviri təkbaşına köçürmək, sizə heç də asan iş kimi gəlməsin. Bu, olduqca çətin və məsuliyyətli bir iş idi. Bu baxımdan, alimin ömür -gün yoldaşı Səfiyyə xanımın əziyyəti danılmazdır. İshaq Cəfərzadənin ən məşhur əsəri isə “Qobustan”dır. Bununla yanaşı, alimin uzun illər apardığı tədqiqatların, araşdırmaların nəticəsi olan “Qobustanın petroqlifləri” əsəri dövrünün məkrli insanları tərəfindən məhv edilib. Səfiyyə xanımla birgə qələmə aldığı “Abşeronun qəbir daşları” əsəri isə “Elm” nəşriyyatında yerli-dibli yoxa çıxıb…
Anar Tağıyev,
Tədqiqatçı