Əsas məzmuna keç

NNLU-nun keçmiş rektoru dələduzluq etdiyinə görə saxlanılıb

Nijni Novqorod Linqvistik Universitetinin keçmiş rektoru və Davamlı Təhsil İnstitutunun direktoru vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək saxlanılıblar.

Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, istintaqın məlumatına görə, il ərzində onlar qanunsuz olaraq işçilərinə mükafatlar versələr də, əslində bu ödənişlərin böyük hissəsini öz ciblərinə qoyublar. Bu yolla bir milyon rubldan çox pul mənimsənilib.

Şübhəlilərin ofislərində və evlərində axtarış aparılıb. Məhkəmə tezliklə ali məktəblərin keçmiş rəhbərləri haqqında həbs qətimkan tədbiri seçməlidir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…