16 Mart 2026 / 13:00

Novruz bayramı münasibətilə xalqımızı təbrik edirlər

Ulu əcdadlarımızın yadigarı olan Novruz bayramı Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir.

Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.

Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir.

Vəfa Sadıqova, Şəhla Xələfova, Nərmin Musayeva, Məhəmməd Əsədov, Ədalət Muradov, Fuad Səfərov, Gəray Abbasov, Tahir Həsənov, Kamandar Zeynalov, Vüqar Əsədov, Elşad Vəliyev, Aqşin Əkbərov və Əli Quliyev xalqımızı üzümüzə gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayırlar. Qoy bu bayram hər evə, hər ocağa firavanlıq, səadət və bol ruzi-bərəkət gətirsin.

CEYHUN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!