Əsas məzmuna keç

O, Çexiyanın NATO və Aİ-dən çıxmasının qarşısını alacağına söz verib

Çexiyada keçirilən seçkilərdə qalib gələn Andrey Babişin rəhbərlik etdiyi ANO hərəkatı ölkənin NATO-dan çıxmasına imkan verməyəcək.

Tezadlar.az bildirir ki, bu barədə baş nazirliyə namizədin özü məlumat verib.

“Referendum yoxdur və olmayacaq (Çexiyanın Aİ və NATO-dan çıxması ilə bağlı – RED.). Biz Avropa İttifaqında Çexiyanın maraqları üçün mübarizə aparmaq istəyirik”, – deyə siyasətçi bildirib.

Babiş həmçinin bəyan edib ki, Çexiya öz büdcəsindən Ukrayna üçün silah alışı üçün “bir kron” (Çex Respublikasının rəsmi pul vahidi) ayırmayacaq.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…