O, Trampın Qəzza ilə bağlı planlarını gülünc fantaziya adlandırıb

Oxunma sayı: 109

ABŞ prezidenti Donald Trampın Qəzza zolağından fələstinliləri köçürmək və ərazini kurort ərazisinə çevirmək planları “gülünc fantaziya”dır.

Tezadlar.az xəbər verir ki, ABŞ-ın Səudiyyə Ərəbistanındakı keçmiş səfiri (1989-1992), Braun Universitetinin Beynəlxalq və İctimai Siyasət üzrə Vatson İnstitutunun əməkdaşı Çaz Friman lenta.ru-ya bildirib.

“Bu, İsrail, Fələstin və Qərbi Asiyanın digər ölkələrinin tarixi, coğrafiyası və siyasi iqtisadiyyatı haqqında məlumatsızlıqdan doğan gülünc bir fantaziyadır”, – o vurğulayıb.

Diplomatın fikrincə, qəzzalıların köçürülməsi İsraillə Fələstinin radikal HƏMAS hərəkatı arasında münaqişənin yenidən alovlanmasına səbəb ola bilər.

Öz növbəsində, ərazini yeni Rivyeraya çevirmək hazırda mümkün deyil.

Bundan əvvəl Tramp “Truth” sosial şəbəkəsində Qəzzanın yenidənqurmadan sonrakı görüntülərini yayıb. Neyroşəbəkə tərəfindən yaradılan videoda otellər, kazinolar və gecə klubları, eləcə də çimərlikdə Amerika lideri və İsrailin baş naziri Benyamin Netanyahu yer alıb.

ELBAR

Xəbəri paylaş

22 Aprel