11 Avqust 2026 / 19:55

Ölkəyə gətirilən süni dişlərin qiyməti qəpik-quruş edirmiş – bəs bu dişlər pasiyentlərə neçəyə başa gəlir?…

Azərbaycanda stomatologiya sahəsində geniş istifadə olunan süni dişlərin xaricdən idxal qiyməti məlum olub.

Tezadlar.az  xəbər verir ki, süni dişlər xaricdən olduqca aşağı qiymətə alınırmış.

Beləliklə, 2025-ci ildə Azərbaycana xarici ölkələrdən 1 milyon 827 min 842 ədəd süni diş gətirilib.

FED.az-ın məlumatına görə, süni dişlərin alınması üçün 564 min 510 dollar (959 min 667 manat) xərc sərf olunub. Xaricdən alınan süni dişin bir ədədinin orta qiyməti təxminən 0,3 dollar (50 qəpik) təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə xaricdən Azərbaycana 424 min 310 dollar dəyərində 2 milyon 569 min 903 ədəd süni diş gətirilmişdi. 2024-cü ildə alınan süni dişlərin bir ədədinin orta qiyməti 0,17 dollar (təxminən 30 qəpik) olmuşdu.

Xaricdən alınan süni dişlərin sayı azalsa da, qiymətində artım olub. Belə ki, 2024-cü illə müqayisədə xaricdən alınan süni dişlərin sayı 742 min 61 ədəd azalıb, buna çəkilən xərc isə 140 min 200 dollar artıb. Bir ədədinin orta qiyməti isə 30 qəpikdən 50 qəpiyə artıb.

Xaricdən alınan süni dişlərin orta qiymətinin belə ucuz olmasının səbəbi süni dişlərin böyük hissəsinin Türkiyə və Çindən gətirilməsidir. Belə ki, Çindən gətirilən süni dişlərin bir ədədinin orta qiyməti 25 qəpik, Türkiyədən gətirilən süni dişlərin bir ədədinin orta qiyməti 23 qəpikdir.

Elə ölkələr var ki, o ölkələrdən gətirilən süni dişlərin qiyməti orta qiymətdən dəfələrlə yüksəkdir. Amma nə qədər baha olsa da, bir ədədin qiyməti 40 manatdan baha başa gəlmir. Bu qiymət Almaniyadan gətirilən süni dişlərə aiddir. Bundan başqa, Hindistandan gələn dişlərin bir ədədinin qiyməti 17 manat təşkil edir.

Amma əksər süni dişlər ucuz qiymətə idxal olunduğuna görə, ümumi qiymət bu qədər aşağıdır. Belə ki, Azərbaycana süni dişlərin 99%-i 4 ölkədən gətirilir – İtaliya (bir ədədənin qiyməti 0,70 manat), Türkiyə (0,23 manat), Çin (0,25 manat), Sloveniya (0,22 manat) və Polşa (0,58 manat).

Ölkəyə süni dişlərin bir qədər kütləvi gətirildiyi digər ölkə İrandır  – İran dişləri bir qədər bahadır – 2,8 manat. Qalan ölkələrdən gətirilən dişlərin qiyməti baha olsa da sayı olduqca aşağıdır. Yəni ölkədə istifadə olunan süni dişlərin əksəriyyəti – 95%-dən çoxu məhz ucuz – qiyməti 22-70 qəpik arasında olan dişlərdir.

Xaricdən alınan süni dişlər daha ətraflı:

  Süni dişlər Say
(Ədəd)
Məbləğ
(Dollar)
Bir ədədin
orta idxal qiyməti
Cəmi 1 827 842 564 610 0,53 manat
       
  Rusiya 90 180 3,40 manat
  Çin 392 000 59 490 0,25 manat
  Filippin 1 000 4 170 7,10 manat
  Hindistan 969 9 600 16,85 manat
  İran İslam Respublikası 11 302 18 590 2,80 manat
  Koreya Respublikası 673 5 930 15,00 manat
  Türkiyə 487 210 64 840 0,23 manat
  Almaniya 2 209 50 850 39,10 manat
  Avstriya 2 000 260 0,22 manat
  İtaliya 767 201 322 330 0,70 manat
  Polşa 34 776 11 900 0,58 manat
  Sloveniya 128 412 16 460 0,22 manat

Maraqlıdır ki, süni dişlərin böyük əksəriyyətinin “su qiymətinə” idxal edildiyi halda stomotoloqlar pasiyentlərə bu dişləri hansı məbləğə təklif edirlər?…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!