Sloveniya Qida və Baytarlıq Təhlükəsizliyi İdarəsi paytaxt Lyublyana və Qrosuplyedə ölmüş qarğaların müayinələrində Qərbi Nil virusunun aşkarlandığını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, açıqlamada virusun sonuncu dəfə Sloveniyada quşlarda 2024-cü ildə aşkarlandığı və bu il insanlarda heç bir yoluxma halının aşkarlanmadığı qeyd edilib.
Açıqlamada quşların, xüsusən də qarğaların ağcaqanad sancmaları vasitəsilə ötürülən virus üçün təbii rezervuar rolunu oynadığı bildirilir.
Qərbi Nil virusu
Əsasən Culex cinsi ağcaqanadlarının sancmaları ilə ötürülən Qərbi Nil virusuna qarşı peyvənd olmadığı üçün ağcaqanad sancmalarından qorunmaq tövsiyə olunur.
Ağcaqanad sancmasından sonrakı inkubasiya dövrü 2 ilə 14 gün arasında dəyişir və zəifləmiş immunitet sistemi olan şəxslərdə 21 günə qədər uzana bilər.
Virusa yoluxanların təxminən 80 faizində heç bir simptom olmadığı, xəstələrin təxminən 20 faizində isə qızdırma, yorğunluq, ürəkbulanma və qusma, baş ağrısı və əzələ ağrısı kimi simptomlar yaşandığı bildirilir.
Əvvəlcə yalnız Afrikada aşkar edilən virus, Fransa, İtaliya, İspaniya və Portuqaliya da daxil olmaqla bir çox Avropa ölkəsinə yayılıb.
ELBAR







