14 Mart 2026 / 06:48

Onlar qarşıdan gələn Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edirlər

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları gözəl niyyətlər və savab əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq və bərabərlik yoluna dəvət edir. Bu ayda müsəlmanlar oruc tutmaqla Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi kamilliyə ucalmaq fürsəti qazanırlar.

Orucluq mərasimləri bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da hər il böyük fərəh və məmnunluq hissi ilə keçirilir. Ölkəmizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən Ramazan ayında dövlətimizin rifahı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur. İnanıram ki, insanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran mübarək Ramazan günlərində dua və diləkləriniz, saf niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcək.

Məhəmməd Əsədov, Əlihüseyn Ağayev, Çingiz Məmmədov, Rauf Həsənov, Ağəli Məsimov, Akif Abdullayev, Yasin Məcidov, Ramin Ağazadə, Tehran Rəhmanov, Mahir Novruzov, Elnur Hüseynov, Elvin Fərzəliyev, Tural Ağakişiyev və Qəmbər Bayramov Azərbaycan xalqını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edir, onlara və ailələrinə xoşbəxtlik, süfrələrinə ruzi-bərəkət arzulayırlar.

CEYHUN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!