Əsas məzmuna keç

ONLARA “APPLE” AVADANLIQLARINDAN BİZNES MƏQSƏDLƏRİ ÜÇÜN İSTİFADƏ QADAĞAN EDİLDİ

“Apple” texnologiyasının rəsmi məqsədlər üçün istifadəsinə qadağa bütün “Rostec” təşkilatlarının əməkdaşları üçün tətbiq edilib.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a dövlət korporasiyasının mətbuat xidmətindən məlumat verilib.

“Həqiqətən də, korporasiyanın bütün təşkilatlarında işdə Amerika istehsalı olan avadanlıqların istifadəsinə tam qadağa tətbiq edilir”, – mətbuat xidmətindən bildiriblər.

​ Daha əvvəl “Vedomosti” qəzeti “Rostec”in nümayəndəsinə istinadən “Şvabe” holdinqində (“Rostec”-in bir hissəsi) müvafiq qadağanın tətbiq olunduğunu elan edib.

 E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…