2025-cü ildə Azərbaycanda ev təsərrüfatlarının mal və xidmətləri onlayn əldə etməməsinin səbəblərinin 48 %-i belə alışlara marağın olmaması ilə bağlı olub.
Tezadlar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında, bu, bir il əvvəlki göstəricidən 0,6 faiz bəndi azdır.
Səbəblərin 25 %-i (1,7 faiz bəndi az) alışları şəxsən etməyə üstünlük verilməsi, 6,9 %-i (1,3 faiz bəndi az) texniki problemlərlə (məsələn, veb-saytlar, ödənişlərin edilməsində və ya çatdırılmasında problemlər), 6,3 %-i (0,5 faiz bəndi çox) bu sahədə bilik və bacarığın olmaması, 6,9 %-i (2 faiz bəndi çox) belə alışların təhlükəsizliyinə əmin olmamaqla, 3,8 %-i (0,1 faiz bəndi çox) şəxsi məlumatların qorunmasına əmin olmamaqla, 3,1 %-i (0,1 faiz bəndi az) etibarlılıq problemləri (malın çatdırılması, yaxud dəyişdirilməsi, qaytarılması üçün zəmanətə şübhənin olması, yaxud belə zəmanətin ümumiyyətlə olmaması) ilə bağlıdır.







