2 yaşlı Misirova Zərif Pərviz qızı uzun müddətdir ki, qan xərçəngindən əziyyət çəkir.
Bu barədə Tezadlar.az-a uşağın valideynləri müraciət ediblər. Onların sözlərinə görə, 2 yaşlı Misirova Zərif Pərviz qizi qan xərçəngindən əziyyət çəkir. 2 aydır ki, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alır.
Ancaq həkimlər Zərifin təcili olaraq əməliyyat olunmasının vacibliyini bildiriblər. Körpənin əməliyyatı Türkiyədə və ya İranda mümkündür. Lakin bu bahalı əməliyyatı etdirmək üçün Zərifin ailəsinin maliyyə yardımına ehtiyacı var. Belə ki, əməliyyat üçün olduqca yüksək vəsait tələb olunur.
Zərifin əməliyyat olunması üçün imkanlı insanlara ehtiyacı var. Valideynlər xeyirxah, yardımsevər xalqımızdan xahiş edirlər ki, övladlarını sağaltmaq üçün onlara kömək etsinlər.
Qurani-Kərimdə buyurulur: “Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır”. (Əl–Bəqərə. 262)
Bu körpəyə yardım əlini uzatmaq istəyənlər 4098 5844 6313 5911 nömrəli leobank kartına pul köçürə bilərlər. Köməklik etmək istəyənlər bu telefona əlaqə saxlasınlar: (077) 304-11-94.