Əsas məzmuna keç

Orban Trampla gözlənilən görüşün təfərrüatlarını açıqlayıb

Macarıstanın baş naziri Viktor Orban ABŞ prezidenti Donald Trampla görüşünün tarixinin artıq müəyyən edildiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, lakin “Mandiner” saytının məlumatına görə, siyasətçi görüşün yerini açıqlamayıb.

“Görüş baş tutacaq… Tariximiz var və danışıqların mövzuları təqribən 80 faiz yekunlaşıb. Qalan 20 faizlə bağlı amerikalılarla razılaşa bildiyimiz zaman görüşün nə vaxt elan ediləcəyinə birlikdə qərar verəcəyik”, – Orban aydınlıq gətirib.

Donald Trampın Budapeştə gəlib-gəlməyəcəyini soruşduqda Orban “hələ cavab verə bilməyəcəyini” deyib.

Bundan əvvəl Viktor Orban bildirib ki, ABŞ prezidenti Macarıstan və Slovakiyanın dənizə çıxışı olmayan statusuna görə Rusiyadan enerji almaq hüququnu tanıyıb.

Bundan əvvəl baş nazir bildirib ki, Trampla söhbəti zamanı ona deyib ki, Macarıstan Rusiyadan enerji tədarükündən imtina edərsə, iqtisadiyyatı “diz çökəcək”.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…