Əsas məzmuna keç

Ordumuzun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına səfərə gedib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.

Tezadlar.az xəbər verir ki, rəsmi səfər proqramına əsasən, general-polkovnik K.Vəliyevin Krallığın hərbi rəhbərliyi ilə bir sıra görüşləri, həmçinin Terrorla Mübarizə İslam Koalisiyası Mərkəzini ziyarəti planlaşdırılır.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…