Əsas məzmuna keç

ORDUMUZUN MÖVQELƏRİ ATƏŞƏ TUTULUB

Oktyabrın 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…