Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 May 2026 / 15:42

Ötən il 2344 alimentdən yayınan inzibati həbs edilib və…

Boşanıb arvad-uşağı başsız qoyanda elə bilidilər ki, yaxşı iş tuturlar… Tezadlar.az xatırladır ki, belələri ötən il necə lazımdır cəzalandırılıblar. Məsələn, 2025-ci ildə aliment ödəməkdən yayınan 4299 (2024-cü ildə 4131) borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib, 2344 nəfər inzibati qaydada həbs edilib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda bunlar əksini tapıb, 3083 (2024-cü ildə 2987) nəfərlə bağlı protokol üzrə məhkəmələr tərəfindən müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub, 2344 (2024-cü ildə 2318) nəfər inzibati qaydada həbs edilib. 2025-ci ildə cinayət məsuliyyətinə cəlb etmə haqqında 286 (2024-cü ildə 174) təqdimat verilib. Onlardan 235 (2024-cü ildə 164) təqdimat əsasında cinayət işi başlanılıb. 3 (2024-cü ildə 3) təqdimat üzrə cinayət işinin başlanması rədd edilib, 48 (2024-cü ildə 7) təqdimat növbəti hesabat dövrünə qalıq keçib.

Odur ki, evlənməyə tələsmək olar, amma boşanmaya tələsmək yolverilməzdir!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!