Əsas məzmuna keç

ÖZBƏKİSTAN ƏFQANISTANLA SƏRHƏD TƏHLÜKƏSİZLİYİNİ GÜCLƏNDİRİR

Özbəkistanın sərhəd xidməti qonşu ölkədə baş verən son hadisələr fonunda Əfqanıstanla sərhədi gücləndirilmiş rejimdə qoruyur, bütün lazımi təhlükəsizlik tədbirləri görülüb.

Bu barədə RİA Novosti-yə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin Sərhəd Qoşunlarının nümayəndəsi bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Özbəkistan Xarici İşlər Nazirliyi, Əfqanıstanın 84 hərbiçisinin Özbəkistanla sərhədi keçdiyini və kömək istədiyini bildirib.

Nazirlikdən verilən məlumata görə, bu hərbçilərə tibbi yardım və yemək verilib, onların müvəqqəti yerləşməsi təşkil edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…