Paris və London öz silahlı qüvvələrini Rusiyaya qarşı göndərmək fikrindədirlər

Oxunma sayı: 149

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Böyük Britaniya və Fransanın öz silahlı qüvvələrini Rusiyaya qarşı cəbhəyə göndərməyə çalışması ilə bağlı fikir bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O qeyd edib ki, bu ölkələr əvvəlcə Ukraynanı silahla dəstəkləməyə çalışsalar da, indi münaqişədə birbaşa iştirak imkanlarını nəzərdən keçirirlər.

Lavrov həmçinin vurğulayıb ki, bir çox Avropa liderləri bu yanaşmanın ümidsizliyini dərk etməyə başlayıblar və seçicilərin qarşıdan gələn seçkilərdə məlumatlı seçim edəcəklərinə ümid edirlər.

ELBAR

Xəbəri paylaş