Stavropol diyarında məhkəmə qətldə ittiham olunan 14 yaşlı məktəblini həbs edib. Cinayət martın 17-də Pyatiqorskda parkda 20 yaşlı oğlanın meyiti aşkar edildikdə məlum olub.
Əsas versiyaya görə, onun bir qrup yeniyetmə ilə münaqişəsi olub. Dava zamanı azyaşlı xuliqanlardan biri zərərçəkmişi boğub.
Qatil olduğu iddia edilən şəxs tezliklə saxlanılıb. Polis hücumda qalan iştirakçıları da müəyyən edib.
ELBAR







