Paşinyan Azərbaycan və Türkiyə bayrağını yandıranları cəzalandıracaq

Oxunma sayı: 314

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan dünən axşam İrəvanda keçirilən məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan “Armenpress”ə bildirib. Bağdasaryan deyib: “Baş nazir Paşinyan belə bir halı məsuliyyətsiz və qəbuledilməz hesab edərək pisləyir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə qonşu dövlətlərin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribatçı və qızışdırıcı bir aktdır”. Məlumat üçün bildiririk ki, ötən gün Ermənistanın paytaxtı İrəvanda uydurma “erməni soyqırımı”na həsr olunmuş məşəl yürüşü keçirilib. Yürüş zamanı bir qrup şəxs tərəfindən Azərbaycan və Türkiyə bayraqları yandırılıb.

Ermənilər 44 günlük tərs şapalağın heyfini guya belə çıxırlar. Amma Dəmir Yumruğu unudurlar…

A.Məmmədli

Xəbəri paylaş

23 May