Ermənistan İrəvanla Bakı arasında sülhün bərqərar olması sayəsində öz tarixində tamamilə yeni mərhələyə qədəm qoyub.
Tezadlar.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vətəndaş Müqaviləsi Partiyasının VII qurultayında deyib.
“Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması sayəsində Ermənistan öz tarixində tamamilə yeni mərhələyə qədəm qoyub. Avqustun 8-i uzun bir prosesin kulminasiya nöqtəsidir. Bir il yeddi ay ərzində Ermənistan-Azərbaycan sərhədində bir nəfər də olsun hərbçi ölməyib və yaralanmayıb. Bu, sülhdür”, – Ermənistanın baş naziri bildirib.
Azərbaycan prezidenti İlham Əliyev və Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə üçtərəfli görüşün yekunları üzrə birgə bəyannamə imzalayıblar. O, Bakı və İrəvanın sülh arzusunu vurğulayan yeddi məqamı ehtiva edir, lakin heç bir təfərrüat göstərməyib. Sənəddə qeyd olunur ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və münasibətlərin bərpası haqqında sazişin razılaşdırılmış mətnini paraflayıb, həmçinin onun yekun ratifikasiyası üçün səy göstərəcəklər.
E.ŞİRİNOV

